Tez-tez qəzaların baş verdiyi Masazır dairəsinin bütün yolayrıclarına işıqforlar quraşdırılıb. Tez-tez qəzaların baş verdiyi Masazır dairəsinin bütün yolayrıclarına işıqforlar quraşdırılıb.

Sürücülərin nəzərinə: bu dairəyə işıqforlar quraşdırıldı (Video)

Tez-tez qəzaların baş verdiyi Masazır dairəsinin bütün yolayrıclarına işıqforlar quraşdırılıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin ərazi ilə bağlı idarəyə dəfələrlə sürücülər müraciət edib. Əraziyə baxış keçirildikdən sonra qərara alındı ki, Abşeron rayonundakı dairəyə işıqfor qoyulsun.

Sürücülər də dairənin işıqforla tənzimlənməsinin çoxdan tətbiq edilməli olduğunu deyirlər. Onlar həmin ərazidə işıqforlar quraşdırıldıqdan sonra yol-nəqliyyat hadisələrinin azalacağını bildirdilər.

Qeyd edək ki, işıqfor yaxın günlərdə işləyəcək. Bundan başqa Bakıdan-Masazır qəsəbəsinə və o cümlədən də Xırdalandan şəhər istiqamətində işıqforun sağa hərəkət istiqaməti daimi yaşıl olacaq.Digər istiqamərtlərdən hərəkət isə avtomobillərin sıxlığı nəzərə alınaraq tənzimlənəcək.