Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb. Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.

Güclü dolu yağdı - Təsərrüfatlara ziyan dəydi

Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dolu əsasən Düz Cırdaxan, Cəlilli və Kür çayı sahilində yerləşən bir neçə kənddə müşahidə olunub.

Kəndlərin sakinləri bildiriblər ki, təxminən 7 dəqiqə yağan dolunun diametri 10 sm-dən böyük olub. Əkin sahələrinə, meyvə ağaclarına, həmçinin yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan dəyib. Düz Cırdaxan kəndinin icra nümayəndəsi Akif Mehdiyevin bildirdiyinə görə, vəziyyətlə bağlı bütün aidiyyatı qurumlara xəbər verilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanın müəyyənləşdirirlər.

Məlumata görə, Qazax rayonunun da bir sıra kəndlərinə dolu yağıb.

AzNews.az