Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.

Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı olub- Video

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, orkestrlərin çıxışlarını Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts, hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli, TTM-in, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti izləyiblər.
Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını da məharətlə nümayiş etdiriblər.
Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr Meydanında açıq səma altında da konsert və birgə nümunəvi çıxışları təşkil ediləcək.