- Köhnə - Cəmiyyət
- 21 İyun 2017 21:04
- 6 074
"Qışqırıb ağlayırdı ki, uşaq ölüb" - 5 yaşlı Luizanın atası (Video)

Luiza Saypullayeva Qusarın Hil kəndində ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.
AzNews.az ARB-yə istinadən xəbər verir ki, azyaşlını anası Gülnarə Saypullayevanın öldürdüyü müəyyənləşib.
Ana, uşağın südünə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırıb.
Bəxtiyar Ömərova - Mərhumun atası: "Burada oynayan uşaq idi. 1 saat da keçmədi gördüm arvad gəldi. Qışqırır, ağlayır deyir, uşaq ölüb. Zəng elədik gəlib maşınla apardılar Qusara xəstəxanaya. Yarımsaat sonra zəng elədi ki, uşaq rəhmətə gedib".
Bəxtiyar Ömərov hadisəni törədən həyat yoldaşının psixoloji vəziyyətinin yerində olduğunu bildirir. Onlar 12 ildir evlidir, 1 qız övladları olub.
Bəxtiyar Ömərova - Mərhumun atası: "Sonra mənə dedi ki, mən eləmişəm. Dərmanı göstərdi mənə. Bəs südə qarışdırıb verib".
Ailə Qusarın Şirvanovka kəndindən 2 ay öncə Hil kəndinə daşınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.