Lapşinin məhkəməsi başladı - Yenilənib

Bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

A. Lapşin prosesdə İsrail, Ukrayna və Rusiya vətəndaşlığını daşıdığını, himayəsində azyaşlı uşağı olduğunu deyib.

Bildirib ki, ittiham aktı ilə tanış olub. O, sonuncu yaşayış yerinin İsrail olduğunu da deyib.

A. Lapşinin vəkili hər hansı vəsatətlə çıxış etməyib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

***

14:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə A.Lapşinin anket məlumatları dəqiqləşdiriliub.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

AzNews.az