- Köhnə - Cəmiyyət
- 26 İyun 2017 15:59
- 3 208
İran Azərbaycanda özəl tibb mərkəzi yaradır
“Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibbi mərkəzi yaradır. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər”.
Bunu APA-nın Tehran bürosuna İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.
M.Puribrahimi Davərani bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş potensial var: “Ümid edirəm bu sahədə əməkdaşlıq inkişaf etdiriləcək”.
AzNews.az