23 gündür xəstəxanadadır, lakin kimliyi barədə heç bir məlumat yoxdur. 23 gündür xəstəxanadadır, lakin kimliyi barədə heç bir məlumat yoxdur.

23 gündür xəstəxanadadır, amma kimliyi bilinmir - Video

23 gündür xəstəxanadadır, lakin kimliyi barədə heç bir məlumat yoxdur.

AzNews.az Xezerxeber.az -a istinadən xəbər verir ki, iyunun 10-da təcili tibbi yardıma müraciət daxil olub və bildirilib ki, paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində üzərində xəsarətlər olan kişi var. Hadisə yerinə təcili yardım briqadası göndərilib və bədəninin müxtəlif hissələrində xəsarətlər olan 60-65 yaşlı kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralıya lazımi tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Bu gün isə xəstə reanimasiyadan palataya köçürülüb. 1 saylı Şəhər Kliniki Xəstəxanasının neyrotravmatoloqu Nicat Məmmədov deyir ki, aldığı travmanın və beyinə yığılan qanın təsirindən xəstə danışa bilmir. Bu səbəbdən də özü və yaxınları haqda heç bir məlumat almaq mümkün deyil.

Hadisə barədə polisə də məlumat verilib. Xəstənin müalicəsi davam etdirilir.