Avqustun 7-dən etibarən "Azercell Telekom" MMC-nin korporativ abunəçilər üçün fakturalı xətt sistemində mövcud olan "Biznes 20" və "Biznes 16" paketlərində ölkədaxili zənglərə görə 60 saniyə, "Biznes 10" paketində ölkədaxili zənglərə görə 30 saniyə, internet xidmətlərindən (o cümlədən hər hansı həcmli Mobil İnternet Paketlərindən) istifadə zamanı isə 51 KB hesablama intervalı tətbiq ediləcək. Avqustun 7-dən etibarən "Azercell Telekom" MMC-nin korporativ abunəçilər üçün fakturalı xətt sistemində mövcud olan "Biznes 20" və "Biznes 16" paketlərində ölkədaxili zənglərə görə 60 saniyə, "Biznes 10" paketində ölkədaxili zənglərə görə 30 saniyə, internet xidmətlərindən (o cümlədən hər hansı həcmli Mobil İnternet Paketlərindən) istifadə zamanı isə 51 KB hesablama intervalı tətbiq ediləcək.

"Azercell" bəzi tarif paketlərinə dəyişiklik etdi

Avqustun 7-dən etibarən "Azercell Telekom" MMC-nin korporativ abunəçilər üçün fakturalı xətt sistemində mövcud olan "Biznes 20" və "Biznes 16" paketlərində ölkədaxili zənglərə görə 60 saniyə, "Biznes 10" paketində ölkədaxili zənglərə görə 30 saniyə, internet xidmətlərindən (o cümlədən hər hansı həcmli Mobil İnternet Paketlərindən) istifadə zamanı isə 51 KB hesablama intervalı tətbiq ediləcək.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, "Biznes 20", "Biznes 16", "Biznes 10" paketləri çərçivəsində təqdim edilən internet həcmi bitdikdən sonra istifadə dövründən sonunadək hər əlavə 1 MB internet trafikə görə 0,025 manat (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları Müştəri Xidmətlərinə (MX ofisləri həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

AzNews.az