“Mən öz yerimə cavan bir kadr qoyub gedirəm” “Mən öz yerimə cavan bir kadr qoyub gedirəm”

Səfirin anası işdən çıxmağından danışdı....

“Mən öz yerimə cavan bir kadr qoyub gedirəm”




Dünən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev prezident təqaüdçüsü Adelaida Məmmədovanı öz xahişi ilə Bülbülün memorial muzeyinin direktoru vəzifəsindən azad edib.

Bəs, A.Məmmədova həyat yoldaşının arxivini kimə etibar edəcək? A.Məmmədova AzNews.az-a açıqlamasında bildirdi ki, artəq o, Bülbülün ev muzeyinə təyin ediləcək şəxsin namizədliyini mədəniyyət və turizm naziriı Əbülfəs Qarayevə təqdim edib: "Mən öz yerimə cavan bir kadr qoyub gedirəm. Həmin qız iki ilə yaxındır ki, Bülbülün muzeyində işləyir. Savadlıdır, muzey işini də əla bilir. Dünən cənab nazir məni qəbul etdi. Mən görüşdə ona Bülbülün muzeyinə rəhbərlik edəcək şəxsin kimliyini bildirdim. Bir neçə gündən sonra qərar verilər. Hələliksə direktor özüməm. Mən 35 il bundan əvvəl bu muzeyə cavanları yığmışdım. İndi onlar muzeyə nəvələri ilə gəlir. Əgər yol cavanlarındırsa qoy elə Bülbülün ev Muzeyi bu sıradan geri qalmasın".

Bahar Rüstəmli
AzNews.az