"Koroğlu" metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut avtobusunun sürücüsü qaydaları kobud şəkildə pozur və sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparır. "Koroğlu" metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut avtobusunun sürücüsü qaydaları kobud şəkildə pozur və sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparır.

204 nömrəli avtobusda özbaşınalıq - Video

"Koroğlu" metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut avtobusunun sürücüsü qaydaları kobud şəkildə pozur və sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, yoldakı sürücülərdən birinin çəkdiyi görüntüdə sərnişindaşıma qaydalarının kobud şəkildə pozulduğu açıq-aydın görünür.

Sərnişinlər özləri də günün pik saatlarında avtobusda bu mənzərənin adi hala çevrildiyini deyirlər.

Sərnişinlər həmçinin deyirlər ki, Ramanada sakinlərin sayı gündən-günə artmağına baxmayaraq, bura əlavə xətlər verilmir və sıxlığın əsas səbəblərindən bir də budur.

Problemlə bağlı 204 nömrəli marşrutun sahibkarı ilə əlaqə saxladıq. Daşıyıcı müsahibə verməkdən imtina etsə də, bu mənzərədən xəbərdar olduğunu və üstəlik, bu halın çox normal bir vəziyyət olduğunu bildirdi. O, Bakı kəndlərinə gedən marşrutların hamısında vəziyyətin eyni olduğunu bildirməklə özünə haqq qazandırmağa çalışdı.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən qayda pozuntusu ilə bağlı daşıyıcıya agentlik tərəfindən xəbərdarlıq ediləcək. Sərnişindaşıma qaydalarını bu cür pozan sürücülər isə 100 manat məbləğində pul və 4 balla cərimələnə bilərlər. O ki qaldı Ramana sakinlərinin avtobus çatışmazlığı ilə bağlı şikayətlərinə, Agentlikdən bildirildi ki, hazırda Bakı kəndlərinin marşrut xətlərinin optimallaşdırılması işləri aparılır və yaxın vaxtlarda bu problemə də aydınlıq gətiriləcək.