Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prokuror xəstəxanada qayınanasını öldürən şəxsə ağır cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, E. Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses avqustun 4-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Xəzər rayonundakı Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. E.Hüseynovun arvadı onunla mübahisə edərək anasıgilə gedib. E.Hüseynov qayınanasının iş yerinə gələrək qızını geri qaytarmasını tələb edib. F.Mürsəlovanın kürəkənin tələbini rədd etməsi qətllə nəticələnib.