“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.

“Azərbaycan Dəmir Yolları” elektron gediş kartlarının tətbiqinə hazırlaşır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon: (012) 499 65 33.

Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

AzNews.az