- Köhnə - Cəmiyyət
- 4 Sentyabr 2017 17:02
- 19 139
Dörd rayona yeni polis rəisləri təyin olundu
Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.
AzNews.az “Report”a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
AzNews.az