- Köhnə - Cəmiyyət
- 9 Sentyabr 2017 20:30
- 2 995
Mənzildən meyit tapıldı - Bakıda
Bakı şəhəri, Nərimanov rayonunda mənzildən meyit tapılıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:46-da başa çatıb.