Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib.

Məmmədyarov Aİ Nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib.

AzNews.az XİN-nə istinadən xəbər verir ki, Elmar Məmmədyarov Səfir Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Səfir Kestutis Yankauskas fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub. Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən Elmar Məmmədyarovmünaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.