Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır. Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır.

Bu gündən azərbaycanlı zəvvarlar Vətənə dönür

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. İdarədən onu da qeyd ediblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

AzNews.az