- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2017 12:48
- 3 556
Arvadı və qızını döydü - Qumbara ilə hədələdi
Cəlilabad rayonunda evdən qumbara tapılıb.
Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək, həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd “T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.