Amerikanın Rezvani Motors şirkəti özünün ikinci modeli olan Tank ofroderini rəsmi olaraq təqdim edib. Dizaynını həmyerlimiz Samir Sadıxovun hazırladığı ofroder Chrysler şirkətinin SRT bölümünün məhsulu olan 6,4-litrlik V8 mühərriki ilə təchiz edilir. Amerikanın Rezvani Motors şirkəti özünün ikinci modeli olan Tank ofroderini rəsmi olaraq təqdim edib. Dizaynını həmyerlimiz Samir Sadıxovun hazırladığı ofroder Chrysler şirkətinin SRT bölümünün məhsulu olan 6,4-litrlik V8 mühərriki ilə təchiz edilir.

Samir Sadıxovun dizayn etdiyi fantastik ofroder modeli təqdim edildi - Foto

Amerikanın Rezvani Motors şirkəti özünün ikinci modeli olan Tank ofroderini rəsmi olaraq təqdim edib. Dizaynını həmyerlimiz Samir Sadıxovun hazırladığı ofroder Chrysler şirkətinin SRT bölümünün məhsulu olan 6,4-litrlik V8 mühərriki ilə təchiz edilir.

AzNews.az Autograph jurnalına istinadən xəbər verir ki, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onun mühərrikinin 500 at qüvvəsinə malik olduğu bildirilib. Rama üzərində yığılan və ekstremal yolsuzluq üçün nəzərdə tutulmuş avtomobil opsional olaraq zirehli kuzova və infraqırmızı gecə görüntü sisteminə mlaik olacaqdır.

Bundan başqa, ofroderin qoşulan tam çəkiş sistemi, gücləndirilmiş asqı və ağır yolsuzluq üçün nəzərdə tutulan «dişli» təkərlər ilə də təchiz edildiyi də söylənilib.

Rezvani Tank modelinin təchizatına dəri salon, proyeksiya displeyi və damda quraşdırılan işıqdiodlarından «çilçıraq» da daxildir. Əlavə ödənişlə, Tank güllə keçirməyən yanacaq çəni və şüşələrlə təchiz edilə bilər.

Avtomobil 178 min dollardan başlayan qiymətlərlə təklif edilir.

image description image description image description image description image description image description image description image description