Qobustanda qeydə alınan ana ölümünün ilkin səbəbi açıqlanıb. Qobustanda qeydə alınan ana ölümünün ilkin səbəbi açıqlanıb.

Qobustanda ana ölümünün ilkin səbəbi məlum oldu

Qobustanda qeydə alınan ana ölümünün ilkin səbəbi açıqlanıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib ki, Qobustanda 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin qanaxmadan öldüyü ehtimal edilir.

Bu, qadının dördüncü hamiləliyi və doğuşu olub. Onun sözlərinə görə, meyit müayinə olunmaq üçün pato-marfoloji təşrihə verilib.

S.Məmmədova qeyd edib ki, eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq