Mikayıl Cabbarov vəzifəsindən azad edildi - Vergilər Naziri təyin olundu

Prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub.