Xalq artisti Rəmiş (Rafiq Hüseynov) namaz qılıb, quran oxumağa başlayıb. Xalq artisti Rəmiş (Rafiq Hüseynov) namaz qılıb, quran oxumağa başlayıb.

"Vəziyyətimiz çox pisdi, dilənirik" - Rəmişin həyat yoldaşı

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) namaz qılıb, quran oxumağa başlayıb.

AzNews.az yeniavaz.com-a istinadən xəbər verir ki, bütün pis vərdişləri ilə vidalaşan xalq artisti artıq haqq yoluna dönüb. Belə ki, gündə bir neçə dəfə namaz qılıb, Allaha dualar edən Rəmiş, Quranı da mütaliə eləməyə başlayıb. O, yaxın ətrafına bununla bağlı danışarkən “hətta toyum da olsa namazdan qalmaram, namazımı qılıb, duamı edib sonra gedirəm” deyib.

Məsələ ilə bağlı “Ucnoqta.az” saytı xalq artistiylə əlaqə saxlayıb. Rəmişin həyat yoldaşı Gülü Hüseynova sayta şok açıqlamalar verib. O xalq artistinin həqiqətən haqq yoluna döndüyünü, amma vəziyyətlərinin çox pis olduğunu bildirib.

“Rəmiş 2015-ci ildən toylara getmir. Onun 2015-ci ildən bir dənə də olsun toyu yoxdu.Bizi istəməyən insanlar yalandan Rəmişi toya aparmaq istəyənlərə deyib ki, o, xəstədi, o, toya getmir. Belə biabırçılıq olmaz. Bizim vəziyyətimiz çox pisdi. Rəmiş xalq artisti adına görə 100 manat, mən də 180 manat pensiya alıram, onunla dolanırıq. Dolanmaq da demək olmaz, dilənirik. Rəmiş qeyrətli oğuldu. O gitaranı ilk dəfə Azərbaycan dilində dindirib. Niyə indi belə olmalıdı? Rəmiş heç kimə pislik etməyib. Köməklikləri lazım deyil, toylarına mane olmasınlar. Bizim vəziyyətimiz çox pisdi. Bu barədə hər yana müraciət etmişəm. Deyiblər gözləyin yaxşı olacaq. Biz də gözləyirik.Rəmiş belə günlərə layiq deyil”.