Şəmkirdə maşınlar toqquşdu, 2 nəfər yaralanıb

Bakı-Qazax avtomobil yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, yolun Şəmkir rayon Mahmudlu kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ilə "VAZ" markalı başqa bir maşın toqquşub.

Nəticədə 2 nəfər - 1957-ci il təvəllüdlü Gəncə şəhər sakini Usubova Sahibə İsfəndiyar qızı və 1987-ci il təvəllüdlü Nidxun Nadir oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.