- Köhnə - Cəmiyyət
- 3 Yanvar 2018 11:26
- 4 201
Türkiyədə azərbaycanlı iş adamını silahla hədələyib, 40 min dollar tələb etdilər - Video

Türkiyədə İ.G adlı azərbaycanlı iş adamı 2 həmyerlisinin onu silahla təhdid etdiyini əsas gətirərək polisə müraciət edib.
AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, iş adamının sözlərinə görə, həmin şəxslər Glock markalı silahla hədə-qorxu gələrək ondan “Mercedes” markalı avtomobilini, 27 min dollar dəyərindəki 2 qol saatını alıblar, 40 min dollar qarşılığında isə aldıqlarını geri qaytaracaqlarını bildiriblər.
Öncədən planlaşdırılan Fatihdəki AVM-lərin birində görüş zamanı polis keçirdiyi əməliyyat nəticəsində xuliqanlıq edən şəxslər tutulub. Nəticədə 2 azərbaycanlı və onlara yardım edən 2 Türkiyə vətəndaşı saxlanılıb.
Keçirilən əməliyyat təhlükəsizlik kameralarına düşüb.
Azərbaycanlılar məhkəməyə çıxarılıblar və haqlarında həbs qərarı verilib.