- Köhnə - Cəmiyyət
- 18 Yanvar 2018 23:55
- 2 389
Zorakılıqda ittiham olunan azərbaycanlı Rusiyada tutuldu

Rusiyanın Krasnodar şəhərində ötən ilin əvvəllərindən axtarışda olan azərbaycanlı tutulub.
AzNews.az xəbər verir ki, bu barədə Oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Saxlanılan şəxs 1983-cü il təvəllüdlü Zeynalov Rəşad Nəsib oğlu 2017-ci ilin yanvar ayında Lalə Əhmədovaya (ad və soyad şərtidir) güc tətbiq etməklə onunla cinsə əlaqədə olmaqda ittiham edilir. Bundan sonra, Rəşad qızı şantaj edərək ondan pul da alıb.
Zeynalova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150 və 182-ci maddələri ittiham irəli sürülüb.
Hazırda onun Bakıya ekstradisiya məsələsi həll olunur.