- Köhnə - Cəmiyyət
- 15 Fevral 2018 23:52
- 6 110
Sumqayıt yolunda avtobus saatda 130-140 km sürətlə hərəkət edir - Video
Saatda 130-140 km sürətlə gedən mikro avtobusu arxada gedən başqa bir sürücü lentə alıb.
AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, yolda sürət həddi 110 km müəyyən edildiyi halda sərnişin aparan sürücü sürəti həddən artıq qaldırıb.
Görüntülər Bakı-Sumqayıt magistralında lentə alınıb. Araşdırmalarımız zamanı məlum olub ki, sürət həddini aşan sürücü hər gün qanunsuz olaraq Sumqayıtdan Bakıya sərnişin daşıyır.
Əməkdaşlarımız həmin sürücünü də tapıb. 50 CH 116 dövlət nömrə nişanlı Ford Markalı avtomobilin sürücüsü, əli haqverdiyev sürət həddini aşmasının yalan oldugunu deyir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov, bildirir ki, bü cür mikroavtobuslara qarşı mütəmadi reydlər təşkil edilir. Onlar şəhərin müxtəlif ərazilərindən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərirlər.
Xatırladaq ki, ötən ilin mart ayında eyni yolda qanunsuz sərnişin daşıyan mikroavtobusun qəza etməsi səbəbindən 6 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.