Narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs tutulub

Quba sakinlərindən narkotik götürülüb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir gündə rayon ərazisində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Belə ki, Xaçmaz şəhər sakini əvvəllər məhkum olmuş Əli Təhməzov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd qara rəngli selofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunub. Ekspertizaya təqdim olunan bükülünün ümumi çəkisi 119,094 qram olması barədə rəy verilib.