"Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur" - Məleykə Abbaszadə

"Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"nun "QəbuldASAN" verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm gözləniləndən dəfələrlə aşağıdır: "Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur".