- Köhnə - Cəmiyyət
- 16 Fevral 2018 20:22
- 4 181
Ötən il Azərbaycanda ən çox uşaq cənub bölgəsində doğulub
Ötən il Azərbaycanda doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144.041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1.000 nəfərinə 14,8 təşkil edib.
Məlumata görə, doğulan körpələrin 2.586-sı əkiz, 57-si üçəm olub.
Dünyaya gələnlərlə dünyadan köçənlər arasında say nisbətinə gəlincə, ötən il ölkə əhalisinin sayı 88.104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9.898.085 nəfərə çatıb.
O ki qaldı digər göstəriciyə, ötən il ölkədə 57.109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.