- Köhnə - Cəmiyyət
- 16 Fevral 2018 15:48
- 6 038
Məktəbləri birləşdirən “Qardaş ölkə” layihəsi
İncəsənət Gimnaziyasında Bursa İncəsənət Liseyindən gəlmiş musiqi və rəssamlıq ixtisaslı şagirdlərin Bakıdakı həmyaşıdları ilə birgə tədbiri keçirilib
Tədbir Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən "Qardaş məktəb” layihəsi çərçivəsində təşkil edilib. Bugünlərdə layihə çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib.
Tədbirdən öncə Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərimiz haqqında türk şagirdlərə məlumat verildi. İki qardaş məktəbinin şagirdləri 15 fevralda təşkil edilən "Qardaşlıq qala gecəsi” tədbirində hər iki ölkənin şagirdləri birlikdə musiqi və rəqs nümayiş etdiriblər. Onların rəsm və əl sənətləri sərgisi keçirilib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutan tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev belə bir layihənin hər iki ölkənin gəncləri və eləcə də müəllimləri üçün təqdirəlayiq hal kimi qiymətləndirib:
"İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgi və konsertlərin təşkili və digər fəaliyyətlərin aparılması nəzərdə tutulur, bu başqa məktəblərə və gələcəyimizə də örnək olacaq”.Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri şair, yazar İrfan Çiftçi isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ərəfəsində gənclər arasında körpü rolunu oynayan bu layihənin 100 ilə yarayan işlərdən biri olduğunu vurğulayıb.
Tədbirə gimnaziyanın müdiri Aytən Əhmədova, Türkiyədən gələn "Zəki Mürən Liseyi”nin müdiri Rəmzi Ayaz, Seyfettin Yıldırım, Mehriban Zəki, Suğra Bağırzadə kimi çox sayda tanınmış sənətçilər də hər iki ölkədən başqa rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak etdilər. Onlar çıxışlarında bu layihənin hər il iki ölkə üçün faydasından danışdılar.Layihənin müəllifi və rəhbəri tanınmış rəssam Günay Mehdizadə çıxışında layihəyə ötən il başladıqlarını və bunun səmərəli nəticə əldə edəcəklərini əmin olduğunu vurğulayıb:"Layihəni irəli sürdükdə Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi bizə dəstək oldu. Layihəni sənədləşdirdik və bunu hər iki ölkə üçün "Qardaş məktəbi” olacağına inandıq. Bu layihə çərçivəsində şagird, müəllim mübadilələri baş tutacaq və hər iki ölkə arasında baş verən təhsil prosesləri ilə yaxından tanış olacağıq. Bizim bu iş birliyimiz davamlı olacaq”.Tanınmış rəssam Günay Mehdizadə Türk dünyasının birliyini, qardaşlığını və böyüklüyünü bütün dünyaya bildirməyin ən layiqli yollarından biri də təhsil və mədəniyyətimiz olduğunu diqqətə çatdırıb.Tədbir çərçivəsində layihə rəhbəri Günay xanım AMK tərkibində İncəsənət gimnaziyası və Türkiyə Zəki Müren Gözəl sənətlər Litseyinin "Qardaş məktəb” layihəsinin ideya müəllifi təşkilatçısı, baş kuratoru, Türk dünyasının zəngin incəsənət ənənələrinin qorunub saxlanılmasında böyük əməyinə, istedadlı gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Təhsil Nazirliyi tərəfindən diplomla təltif edilib. Eyni zamanda qardaş ölkənin liseyi tərəfindən də mükafata layiq görülüb.Türkiyədən gələn qonaqlar bir həftə boyunca gimnaziyada həmyaşıdları ilə maraqlı günlər keçiriblər. Qonaqları gimnaziya idarəçiləri və Türkiyənin təhsil müşaviri Abdülgafur Büyükfırat müşayiət ediblər.Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi (Güzel Sanatlar Lisesi) arasında "Qardaş məktəb” layihəsi həyata keçirilir.Elgün Mənsimov
AzNews.az![]()
![]()