Səməni bazarlarda satışa çıxarılıb - 10 manata (Video)

Yazın gəlişini, təbiətin oyanmasını bildirən və Novruz bayramının simvolu sayılan səməni bazarlarda satışa çıxarılıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, istixanalarda yetişdirilən səmənilərin ən ucuzu 50 qəpik, bahalısı isə 10 manatdir.

Satıcılar qeyd edirlər ki, səmənilər çərşənbəyə görə 2-3 gün əvvəl satışa çıxarılıb.

Satıcılar bildirirlər ki, səmənilər Bakıətrafı qəsəbələrdəki istixanalarda yetişdirilir.

Hələlik alıcı azdır. Yalnız çərşənbə günü 10-15 səməni sata biliblər.