Salyanda kişi meyiti aşkarlandı

Salyan rayonunda kişi meyiti aşkar edilib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Araşdırmalardan sonra məlum olub ki, bu Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğludur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az