Türkiyədə yeni Ziqana tipli avtomat sınaqdan keçirilib

Türkiyədə istehsal olunan 5.56 və 7.62 millimetr kalibrli avtomatlar uğurlu şəkildə sınaqdan keçirilib.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyəni hərbi şirkəti “TİSAŞ” məlumat yayıb.

Türkiyənin istehsal etdiyi bu avtomatın NATO standartlarına cavab verdiyi bildirilir.

“Yaxın zamanlarda 5,56 və 7,62 millimetr kalibrli yerli avtomat silahların kütləvi istehsala çıxarılacağı gözlənilir”, - deyə şirkətin məlumatında deyilir.

Məlumata görə, hər il Türkiyədə 25 min avtomat istehsal olunacaq.