- Köhnə - Cəmiyyət
- 28 Fevral 2018 17:15
- 4 493
Prezident seçkiləri ilə bağlı imtahanların vaxtı dəyişəcək?
“Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək”.
Bu sözləri APA-ya Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, imtahan cədvəli əvvəldən müəyyən edilib: “Seçki və imtahanın vaxtında heç bir kəsişmə yoxdur. Ona görə də imtahanlar təxirə salınmayacaq və elan edilən vaxtda keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin olunub.
AzNews.az