- Köhnə - Cəmiyyət
- 28 Fevral 2018 18:05
- 6 621
Maaşlar artırıldı
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
AzNews.az APA-a istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.