Bir-birini təhqir edən aktrisaların işi ekspertizaya göndərildi - Vəkil

Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qarşılıqlı gedən məhkəmə işi linqivistiq ekspertizaya göndərilib.

Bu barədə AzNews.az-a Tunzalə Əliyevanın vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün məhkəmə prosesi keçirilib:

“Prosesdə hər iki tərəf vəsatət qaldıraraq linqvistik ekspertizanın keçirilməsini tələb etdik. Bir aya kimi ekspertizanın cavabı məlum olacaq”.

Adəm Məmmədov prosesin martın 5-də davam edəcəyini bildirib.

Qeyd edək ki, T.Əliyeva ilə P. Abıyeva sosial şəbəkədə bir-birini təhqir ediblər. Tunay Əliyeva həmkarı Pərvin Abıyevanın ünvanına “mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir”, deyə bildirib. Qarşı tərəf də həmkarını cavabsız buraxmayıb. Tünzalə Əliyeva P.Abıyevaya qarşı 100 min, Pərvin Abıyeva isə qarşı tərəfdən 200 min manat təzminat tələb edib.

Bahar RÜSTƏMLİ
AzNews.az