Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi arasında aviareysin açılması Azərbaycana turist axınının güclənməsinə, xüsusilə də yüksək kateqoriyadan olan turistlərin ölkəyə səfər etməsinə şərait yaradacaq. Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi arasında aviareysin açılması Azərbaycana turist axınının güclənməsinə, xüsusilə də yüksək kateqoriyadan olan turistlərin ölkəyə səfər etməsinə şərait yaradacaq.

“Etihad Airways” Qəbələ və Naxçıvana uçuşlar həyata keçirə bilər

Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi arasında aviareysin açılması Azərbaycana turist axınının güclənməsinə, xüsusilə də yüksək kateqoriyadan olan turistlərin ölkəyə səfər etməsinə şərait yaradacaq.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Xatırladaq ki, ötən gün BƏƏ-nin “Etihad Airways” aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib. N.Bağırov Abu-Dabiyə uçuşların Ramazan bayramından sonra gündəlik yerinə yetiriləcəyinə əmin olduğunu bildirib: "Bildiyiniz kimi, BƏƏ vətəndaşlarının böyük əksəriyyəti beş ulduzlu təyyarələrdə uçmağa üstünlük verirlər. “Etihad Airways” də bu qəbildən olan şirkətlərdən biridir. Həmçinin, sözügedən şirkət beynəlxalq arenada özünü sübüt edib. Ümid edirik ki, digər aviaşirkətlər də ölkəyə cəlb ediləcəklər".

AzTA-nın rəhbəri Abu-Dabidən Azərbaycanın digər şəhərlərinə uçuşların reallaşdırılması imkanlarına da münasibət bildirib. Onun sözlərinə görə, bu, yeni aviareyslərə tələbatdan, turist axınından asılı olacaq: “Əgər təlabat olsa, sərfəli olsa Qəbələyə də uçuşlar həyata keçirilə bilər. Hətta Naxçıvana birbaşa uşuşların həyata keçirilməsi barədə də danışıqlar aparılır”.