- Köhnə - Cəmiyyət
- 3 Mart 2018 14:32
- 6 503
Su sayğaclarını oğurlayan şəxs tutulub
Mingəçevirdə 6 mənzildən su sayğacları oğurlanıb.
DİN-dən AzNews.az-a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbəsinin ərazisində Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin nəzdində olan yaşayış binasındakı 6 mənzilin su sayğaclarını oğurlanması aşkar olunub.
Oğurluqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Ağamalıyev saxlanılıb.