Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu və reytinqli ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq imkanı əldə edib. Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu və reytinqli ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq imkanı əldə edib.

Bakı Dövlət Universiteti ilə əməkdaşlıq LDU üçün geniş imkanlar açır

Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu və reytinqli ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq imkanı əldə edib.

AzNews.az xəbər verir ki, bu iki ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalan müqavilə çərçivəsində mümkün olub. Bağlanmış müqavilə Lənkəran Dövlət Universitetinə mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurlarını artırmaq, BDU-nun elmi –praktiki təcrübəsindən bəhrələnmək imkanı verir. Müqaviləni BDU-nun rektoru ,akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.

Ölkə təhsilində əsaslı keyfiyyət dəyişiliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi” , “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı,magistrant və doktrant hazırlığı, ixtisasartırma (staj keçmə) təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi və konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Müqaviləyə əsasən BDU Lənkəran Dövlət Universitetində bakalavriat səviyyəsində yuxarıda adı çəkilən ixtisaslar üzrə kadr hazırlığında Bakı Dövlət Universitetində tərtib olunmuş tədris planlarının və müvafiq fənn proqramlarının istifadə edilməsinə , professor-müəllim heyətinin mühazirələr oxumasına icazə verir, tələbə və müəllim mübadiləsinə səy göstərir. Həmçinin, LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunmasına və onlara BDU-nun müvafiq labaratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi də müqavilə şərtlərinə daxil edilib.

Müqaviləyə əsasən, BDU birgə konfrans, seminar və simpoziumların , elmi tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsini, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə köməklik göstərilməsini öhdəsinə götürür.

Başlanmış ikitərəfli müqavilənin LDU-nun da üzərinə qoyduğu öhdəliklərə görə, Lənkəran Dövlət Universiteti tələbə və müəllim mübadiləsinə şərait yaradır, birgə elmi tədqiqat işlərinin və qrant layihələrinin həyata keçirilməsinə , konfrans, seminar və simpoziumların təşkilinə dəstək verir.

Mübadilə proqramları hazırlıq, bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir.

Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.

image description image description