Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Mirşahinin “Real” telekanalına lisenziya verildi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real" TV) baş direktoru Mirşahin Ağayevdir.