50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər. 50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər.

Azərbaycanda həkimlər 2 ay ömrün qaldı dedilər, Türkiyədə sağaldı

50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyədə əməliyyat olunan Vəliyeva ölümün pəncəsindən xilas edilib. Türkiyənin Erzincan vilayətindəki xəstəxanaların birində qadının 3 damarında şuntlama əməliyyatı aparılıb.

Rəsmiyə Vəliyeva bildirib ki, tanışlarının vasitəsilə Türkiyəyə gedib. “Analizlərin nəticələrini Erzincandakı ürək-damar cərrahına göndərdik. Həkim bizi Türkiyəyə dəvət etdi. Əməliyyat edilərək ölümün pəncəsindən xilas oldum”, - Vəliyeva əlavə edib.

Xəstənin bacısı Şəlalə Əhmədova isə bildirib ki, Azərbaycanda yaşama şansının az olduğunu deyəndən sonra xaricdə həkim axtarıblar və Türkiyə həkimlərinə etibar ediblər.