"Məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb" - Vidadi İsgəndərlinin qohumları

Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin qohumları onun atasının qəbrinin təhqir olunması barədə yayılmış xəbərlərə aydınlıq gətirən açıqlama yayıblar.

AzNews.az APA-a istinadən xəbər verir ki, mərhumun Göyçay rayonunun Məlikkənd kəndində yaşayan yaxın qohumlarının sosial şəbəkələrdə yaydığı açıqlamada qeyd olunub ki, sosial şəbəkələrdə bu barədə xəbərlərlə tanış olduqdan dərhal sonra kəndin qəbiristanlığına gedib, 1991-ci ildə dəfn olunmuş İsgəndər Qasım oğlu İsgəndərovun və digər qohumlarının məzarlarını yoxlayıblar: "Yoxlama nəticəsində məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb".

Onlar yayılan xəbərləri təxribat kimi qiymətləndirərək, "həm bu təxribatın təşkilatçılarını, həm də bundan öz məqsədləri üçün istifadə edənləri belə qeyri-insani addımlardan çəkinməyə" çağırıblar.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilib.

Xəbərdə bildirilib ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib.

Video-görüntüdə onun ünvanına söyüş və təhqiramiz ifadələr işlədilir, bunun V. İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.

Video-görüntüdə onun ünvanına söyüş və təhqiramiz ifadələr işlədilir, bunun V. İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.