Ötən ay ərzində nikaha daxil olmaq istəyən gənclərin statistikası açıqlanıb. Ötən ay ərzində nikaha daxil olmaq istəyən gənclərin statistikası açıqlanıb.

Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

Ötən ay ərzində nikaha daxil olmaq istəyən gənclərin statistikası açıqlanıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, fevral ayı ərzində 10 125 nəfər nikaha daxil olmaq istəyən gənc tibbi müayinədən keçib. Təəssüf ki, 12 şəxsdə QİÇS aşkarlanıb.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Ərdoğan deyir ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 2015-ci ildən indiyə kimi 383 805 nəfər tibbi müayinədən keçib.

Şöbə müdiri bildirir ki, insanlar sirf nikaha daxil olmaq xətrinə deyil, adi vaxtda da müayinədən keçsələr daha yaxşi olar. Çünki körpənin sağlam doğulması üçün tibbi müayinə vacib rol oynayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: