Novruz bayramı ilə bağlı tədbirlər planı

Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı qazanacaqlar.