Daxili İşlər Nazirliyi 2018-ci il mart ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. Daxili İşlər Nazirliyi 2018-ci il mart ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Bir gündə 90 cinayət baş verib - Dünən

Daxili İşlər Nazirliyi 2018-ci il mart ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 12 nəfər xəsarət almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.