- Köhnə - Cəmiyyət
- 8 Mart 2018 11:05
- 4 474
Yollarda təmizlik işləri ilə məşğul olan xanımlara hədiyyələr verilib - Video
Bakı Nəqliyyat Agentliyi (BNA) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçirib.
Bu barədə BNA-nın sektor müdiri Mais Ağayev məlumat yayıb.
Aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.
AzNews.az