- Köhnə - Cəmiyyət
- 9 Mart 2018 19:55
- 3 644
Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Martın 15-i saat 11:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.