- Köhnə - Cəmiyyət
- 10 Mart 2018 13:13
- 41 991
Deputat şagirdlərin abort etdirməsindən danışdı: “Həkimlər məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə...”
“Bu rəqəm hələ az göstərilib. Bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”.
AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun Azərbaycanda 1200 şagirdin abort etdirməsi fikirini şərh edərkən deyib. Onun sözlərinə görə, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir:
“Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov açıqlamasında Azərbaycanda 1200 şagirdin abort etdirdiyini deyib. O, abort edənlər arasında 9, 10 və 11-ci sinif şagirdlərinin üstünlük təşkil etdiyini deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az