Bakıda itkin düşənlər var

Bakı şəhərində itkin düşənlərin sayı artıb.

“Ölkə.Az”a verilən məlumata görə, Xətai rayonunda 78 yaşlı kişi itkin düşüb. Ailə üzvlərinin polisə verdiyi məlumata görə, 1940-cı il təvəllüdlü Əliyev Səfərəli Qulaməli oğlu yaşadığı Sarayevo küçəsində evdən çıxaraq geri qayıtmayıb.

Digər itkin düşmə faktı isə Nərimanov rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mahmudova Quba Elxan qızı yaşadığı Y.V.Çəmənzəminli küçəsindəki mənzildən çıxaraq geri qayıtmayıb.

Suraxanı rayonunda da polisə itkin düşmə ilə bağlı müraciət olunub. Əmircan qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Hüseynova Elvira Sənalı qızı evdən çıxaraq geri qayıtmayıb. Hər 3 faktla bağlı aidiyyatlı polis bölmələrində axtarışlara başlanılıb.

AzNews.az