- Köhnə - Cəmiyyət
- 15 Mart 2018 13:16
- 57 245
Övladını itirən teleaparıcı: “Ölüb dirilirdim”
“Övlad itkisi ata üçün dəhşətli faciədir”.
Bunu AzNews.az-a açıqlamasında "Space" telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallı bir yaşlı qızının ölümündən danışarkən deyib. Aparıcı həyatda ən çox qorxduğu anlarını yaşadığını bildirib:
“Həmkarlarım bilir ki, hər dəfə onun vəziyyətindən danışanda ölüb-dirilirdim. Mən uşaqlara qarşı çox həssasam. Bu, dünyada ən çox qorxduğum an idi. Nə yazıq ki, onu da yaşadım. Allah özü səbr versin”.
Elvin Basqallı qızının anadangəlmə xəstə odluğunu deyib:
“Müalicə alırdı. Düzdür, qorxulu nəsə gözləmirdik, amma neçə gündür ki, ciyərində problem yaranmışdı. Həkimlər ciyərlərinin təmizlənməsi üçün əməliyyata ehtiyac olduğunu bildirdilər. Dünən axşam əməliyyat olundu. Əməliyyatdan sonra isə ayılmadı. Əməliyyat Mərkəzi Klinik Xəstəxanasında aparılıb. Mən heç kimi ittiham eləmirəm. Çünki uşağımın ümumi vəziyyətini bilirdim”.
Qeyd edək ki, tanınmış aparıcı Elvin Basqallıya ağır itki üz verib. Jurnalistin qızı Fidan bu gün səhər saatlarında dünyasını dəyişib.
Bahar RÜSTƏMLİ
AzNews.az