- Dünyanın halı
- 13:33
- 776
Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin qonşu dövlətlərə hücum etmək niyyətində olmadığını, müharibəyə hazırlığın isə onun qarşısını almaq məqsədi daşıdığını bildirib.
AzNews.az xəbər verir ki, Lukaşenko bu barədə güc strukturlarının nümayəndələri ilə keçirdiyi müşavirədə danışıb.
O, Belarusda keçirilən silahlı qüvvələrin yoxlamalarının qonşu ölkələrə hücum hazırlığı ilə əlaqəsi olmadığını vurğulayıb.
“Dürüst və açıq şəkildə demişəm ki, biz müharibəyə ondan qaçmaq üçün hazırlaşırıq. Heç kimə hücum etmək niyyətimiz yoxdur. Son vaxtlar Qərbdəki “dostlarımız” kütləvi informasiya vasitələrində Rusiya və Belarusun Belarus ərazisindən və onunla birlikdə Baltikyanı ölkələrə, Polşaya hücum edəcəyi barədə kampaniya aparırlar”, – deyə Lukaşenko bildirib.